Bakı metrosunda həyəcanlı anlar - İŞIQLAR SÖNDÜ

Bakı metrosunda həyəcanlı anlar – İŞIQLAR SÖNDÜ
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

Bu barədə məlumatı Metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

“Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar