Bakı metrosunda həyəcanlı ANLAR: Sərnişinlər vaqonları tərk etməli oldu

Bakı metrosunda həyəcanlı ANLAR: Sərnişinlər vaqonları tərk etməli oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saat 08.30 radələrində “Dərnəgül”istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

A24.Az Publika.az-a istinadla məlumat verib.

“Bakı Metropoliteni” QSC-nin metbuat xidmetinin rəhbəti Bəxtiyar Məmmədov bildirib ki,”Dərnəgül”istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, “Azadlıq” stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur: ” Yalnız “Dərnəgül” stansiyasında problem olur. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər “Azadlıq” stansiyasında qatardan boşaldılsın. Yalnız sərnişinlərin təhlükəsizliyi baxımından heç bir problem yoxdur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar