Bakı metrosunda MUSİQİLİ GÜN

Bakı metrosunda MUSİQİLİ GÜN
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı metropoliteninin bu təşəbbüsü sərnişinlər tərəfindən müsbət qarşılanıb

Milli Musiqi Günü münasibətilə Bakı metropoliteninin stansiyalarında musiqiçilərin canlı ifalarından ibarət konsert proqramı təşkil edilib.

“Bakı metropoliteni” ASC-nin rəhbərliyi Milli Musiqi Günü münasibətilə öz sərnişinlərini orijinal şəkildə təbrik etmək qərarına gəlib. Metronun dörd stansiayasının vestibülündə musiqiçilərin canlı ifaları səslənib. Onlar Azərbaycan bəstəkarlarının klassik əsərlərini, xalq mahnılarını və muğamları ifa ediblər.

Konsertlər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında keçirilib. Hər stansiyada musiqiçilər 1,5 saat çıxış ediblər. Zamanın bir hissəsi klassik musiqiyə, qalanı isə xalq mahnılarına və muğamlara ayrılıb.

Bakı metropoliteninin bu təşəbbüsü sərnişinlər tərəfindən müsbət qarşılanıb. Demək olar ki, metroya düşən və çıxan sərnişinlərin hər biri ayaq saxlayaraq musiqilərə qulaq asıblar. Onlar Azərbaycan musiqi yaradıcılığının gözəl nümunələrini dinləyərkən müsbət enerji alıblar.

Qeyd edək ki, Azərbaycan Milli Musiqi Günü hər il 18 sentyabrda — ölkədə professional musiqinin əsasını qoymuş Üzeyir Hacıbəylinin ad günündə qeyd olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar