Bakı metrosunda ölüm: 40 yaşlı kişi...

Bakı metrosunda ölüm: 40 yaşlı kişi…
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

A24.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun unikal.org-a verdiyi məlumata görə, metronun “20 Yanvar” stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

“Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”, – deyə B.Məmmədov vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar