Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi - VİDEO

Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir zamanlar Bakı metrosunda istismar edilmiş retro vaqonlar, artıq yeni görkəmdə sərnişinlərin ixtiyarına verilib. Metronun “İçərişəhər” stansiyasında sərgilənən bu vaqonlar metrodan istifadə edənlərin marağına səbəb olub. Retro vaqonların sərgisi hələ bir neçə gün də davam edəcək.

Kimisi yaxınlaşıb şəkil çəkdirir, kimisi də bu vaqonlara baxıb köhnə xatirələrini yada salır.

Metronun ”İçərişəhər” stansiyasında sərgilənən 3 ədəd retro vaqon buradan istifadə edənlərin marağına səbəb olub.

Sərgilənən Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar adlanır.Bu vaqonlarin istismar müddəti 1983-cü ildə başa çatib. “E” tipli digər vaqonlarin hazirlanmasına isə 1956-ci ildə baslanilib. “E” tipli ilk iki sinaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqi dövründə beş şəhərin – Moskva, Leninqrad, Kiyev, Baki və Tbilisinin metropolitenlərinə göndərilib.Bakı Metropoliteni Qapalı Səhimdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki,bu vaqonları stansiyada sərgiləməkdə məqsəd Metropolitenin 50 illik yubleyi ilə əlaqədar sərnişinlərə nostalji hissi yaşatmaqdır.

Retro vaqonların hər biri Metropoliten tərəfindən bərpa olunaraq sərnişinlərə yenidən təqdim edilib. Nəsimi Paşayev bildirdi ki, növbəti mərhələdə bu vaqonlar da xəttə buraxıla bilər.

Qeyd edək ki, Retro vaqonlar ”İçərişəhər” stansiyasında bir neçə gün də sərgilənəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar