Bakı-Naxçıvan aviareysi təxirə salındı

Bakı-Naxçıvan aviareysi təxirə salındı
Want create site? Find Free WordPress Themes and plugins.
Təyyarə havaya qalxarkən quş ilə toqquşub

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan HavaYolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.

“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, – deyə P.Kəsəmənski vurğulayıb.

P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar