Bakı qeyri-adi memarlığı olan şəhərlərin ilk beşliyində 

Bakı qeyri-adi memarlığı olan şəhərlərin ilk beşliyində
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı qeyri-adi memarlığı olan şəhərlərin beşliyinə daxil edilib.

A24.Az xəbər verir ki, məşhur turizm bələdçisi “Lonely Planet” qeyri-adi memarlığı ilə seçilən şəhərlərin reytinqini hazırlayıb. Turistlərin daha çox bəyənməsinə əsasən tərtib edilən reytinq Paris, Nyu York, London kimi dünyanın əsas memarlıq mərkəzlərində olduğu üçün yeni marşrutlar axtaranlara ünvanlanıb.

TOP-10-u İspaniyanın Barselona şəhəri açır. İkinci yerdə İstanbul, üçüncü yerdə isə Roma qərarlaşıb. İlk beşlikdə Çinin Şanxay şəhəri və Azərbaycanın paytaxtı Bakı da var.

 Bakıda turistlərə İçərişəhərdə orta əsrlərdən qalma küçələrdə gəzmək, Qız qalasına, eləcə də Heydər Əliyev Mərkəzinə baş çəkmək məsləhət görülür.

Növbəti beşliyə Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqo daxildir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar