Bakı Şəhər İcra Hakimiyyətində İKİ YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində İKİ YENİ TƏYİNAT
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyev vəzifəsindən azad edilib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar