Bakı-Sumqayıt avtobusu sərnişinlərdən əlavə gediş haqqı alır – ŞİKAYƏT

Bakı-Sumqayıt avtobusu sərnişinlərdən əlavə gediş haqqı alır – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Yeni Müşfiq qəsəbəsindən, Sumqayıt istiqamətində hərəkət edən 1 nömrəli avtobus sərnişinlərdən əlavə gediş haqqı alır.

Ələddin Hacıyev adlı şəxs A24.Az-a ünvanlandığı şikayətdə bildirib ki, marşrut məsafədən asılı olmayaraq sakinlərdən 50 qəpik tələb edir.

“5 metr də getsən, 3 metr də getsən , Sumqayıta da getsən 50 qəpik istəyir. Şikayətlənəndə dava edir ki, bu marşrut deyil. Marşrut deyilsə niyə işləyir? Əvvəllər 521-lər vardı. İntervalı 11 dəqiqə idi, dediş haqqı məsafəyə uyğun alınırdı, sakinlər razı idi. Yayda 1 nömrələr aldı yolu. Eyni istiqamətdə hərəkət edir. Hətta məsafəsini qısaldıblar. İndi Avtovağzaldan, Sumqayıta gedir. Amma insanları incidirlər”- deyə şikayətçi bildirib.

Bakı-Sumqayıt şəhərləri üzrə işləyən 1 nömrəli marşrutdan şikayət bununla bitmir. Marşrutun həcmi, uzun məsafə üzrə mərəkət edən digər marşrutların həcminə görə çox kiçikdir. Nəticədə 20 dəqiqədən bir işləyən marşruta yerləşə bilmək üçün sərnişinlər dəfələrlə avtobus ötürməli olurlar. Bu da onların saatlarla yolda qalmasına gətirib çıxarır.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da zəngimizə cavab verən tapılmadı.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar