Bakı-Sumqayıt yolunda ağır qəza - FOTOLAR

Bakı-Sumqayıt yolunda ağır qəza – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

A24.Az “Report”a istinadən xəbər verir ki yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.

Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı “Mercedes” markalı avtomobillə arakəsmə dəmirə çırpılıb.

Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.

Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar