Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat – TAVİ

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat – TAVİ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı mütəxəssislər tərəfindən unikal əməliyyatların icrası davam edir.

Bakı Ürək Mərkəzində həyata keçirilən əməliyyatla 72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib.

Bu barədə A24.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar Əmrah, invaziv kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən uğurla həyata keçirilib.

Əməliyyat ən müasir avadanlıqlarla təmin olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.

TAVI əməliyyatının digər əməliyyatlarla müqayisədə ağırlaşma faizi olduqca aşağıdır. Əməliyyat orta hesabla 1 saat davam edir və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

Qeyd etmək lazımdır ki, qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq 3-cü dəfədir ki, həkim heyətimiz tərəfindən uğurla həyata keçirilir.

Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsi ilə xəstəyə implantasiya edilməsidir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar