Bakıda ər və arvadı döyərək 25000 manat pul aldılar

Bakıda ər və arvadı döyərək 25000 manat pul aldılar
Want create site? Find Free WordPress Themes and plugins.
Bakıda kişini və arvadını döyərək 25000 manat pulunu alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən A24.az-a verolən məlumata görə, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyərək içərisində 25.000 manat olan bağlamanı qadından alıb.
Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.
Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü də qısa müddətdə müəyyən edilib. Beyləqan rayon sakini Faiq Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Ölkə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar