Bakıda 11 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı - FOTOLAR- VİDEO

Bakıda 11 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı – FOTOLAR-  VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

A24.Az APA- ya istinadən xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov Rayon Polis İdarəsində APA-ya verilən məlumata görə, qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, “Opel” markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

20170728-235722.jpg (576×432)

20170728-235758.jpg (576×432)

20170728-235722.jpg (576×432)

20170728-235657.jpg (576×432)

A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar