Bakıda 30 qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub

Bakıda 30 qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub
Want create site? Find Free WordPress Themes and plugins.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb. 

“A24.az”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib. R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. R.Süleymanovun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar