Bakıda atasını öldürüb yandıran şəxsə 19 il cəza verildi

Bakıda atasını öldürüb yandıran şəxsə 19 il cəza verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Elməddin Əliyev, dostları Vəlican Dadaşov və Nəcməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Dövlət ittihamçısı V.Dadaşovun 20 il, E.Əliyevin 19 il, N.İsmayılovun isə 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu E.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar V.Dadaşov və N.İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Saxlanılan oğul öz ifadəsində bildirib ki, atasının qətlinə ailəsinin namus və şərəfini qorumaq üçün fərman verib.

Onun sözlərinə görə, hərbi xidməti başa vurub evə qayıdarkən qəsəbədə atasının qeyri-ənənəvi seksual oriyentasiyanı təmsil etdiyi barədə söhbətlər eşidib. Ailədəki bu rüsvayçılığı aradan qaldırmaq üçün atasını öldürməyi qərar verib.

Qətli V.Dadaşov icra edib. O, əvvəlcə kişinin başına balta ilə vurub, sonra ona bir neçə bıçaq zərbəsi endirib. Cinayətin iştirakçıları meyiti hadisə yerində qoyaraq çıxıb gediblər. Üç saat sonra isə benzinlə qayıdaraq evi yandırıblar. //trend

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar