Bakıda avtobus iki nəfərin ölümünə səbəb oldu

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən A24.az-a verilən məlumata görə, dekabrın 31-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində Ağstafa rayon sakini Həsən Qasımov idarə etdiyi “Daevoo” markalı 173 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Nadir Tahirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Dekabrın 31-də saat 06 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi “İsuzu” markalı 62 saylı xətt avtobusu ilə həmyerlisi Səlbinaz Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR