%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1

Bakıda avtobus qəzet əməkdaşını vuraraq öldürdü – FOTO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

“A24.az” bildirir ki, “report”un xəbərinə görə, bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.

E.Fərəcov 2001-ci ildən “Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli “report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər “Ədalət” qəzetinin satış müdiri olub.

Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.

1b5f4e4e-739d-48d4-a746-e742f9ffae67_640

bfa11075-3ab3-4fa4-b321-7c01124c1e3e_640

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR