A24 Xeber

Bakıda avtomobillə vurulan 70 yaşlı süpürgəçi qadının kimliyi məlum oldu – YENİLƏNİB

Bakıda avtomobillə vurulan 70 yaşlı süpürgəçi qadının kimliyi məlum oldu – YENİLƏNİB
440
08 Noyabr 2018 - 12:02

Bakının Nizami rayonu ərazisində Qara Qarayev prospektində avtomobil vurulması nəticəsində dünyasını dəyişən süpürgəçi qadının kimliyi müəyyən olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov A24.az-a açıqlamasında bildirib ki, dünyasını dəyişən şəxs 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızıdır.

Qeyd edək ki, bu gün saat 07-10 radələrində  90 BX 135 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil həmin ərazidə təmizlik işləri aparan Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

“Hyundai” markalı avtomobilin sürücüsü Şirinov Vurğuz Yavər oğlu saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis idarəsində cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

***11:00

Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

A24.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində Qara Qarayev prospektində baş verib. Belə ki, səhər saatlarında metronun“Neftçilər” stansiyasının yaxınlığında küçəni süpürən qadın avtomobil vurulması nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişən 50-55 yaşlı qadının şəxsiyyəti müəyyənləşdirilir.

Sürücünün saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Səid Qərib

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00