Bakıda ayaqyolu olan avtobuslar istifadəyə verildi - VİDEO

Bakıda ayaqyolu olan avtobuslar istifadəyə verildi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda “Baku Bus” MMC-nin yeni alman avtobusları istifadəyə verilib.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, yeni avtobuslar hava limanı – “28 May” metro stansiyası xətti üzrə hərəkət edəcək. Sözügedən xətdə 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpik olacaq. Xəttə buraxılan alman avtobuslarında mini mətbəx, soyuducu, “Wi-Fi” və ayaqyolu var. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 yerlikdir.

Neoplan adlanan avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də “28 May” metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və sərnişinlər 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəklər.

Qeyd edək ki, sözügedən avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız “28 May” metro stansiyasında və hava limanında avtobuslara minə bilərlər. Gediş haqqı BakıKartla ödəniləcək.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=mmzD_kBHJgE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Texnologiya, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar