Bakıda böyük təhlükə yarandı - Hacıbala Abutalıbovdan açıqlama

Bakıda böyük təhlükə yarandı – Hacıbala Abutalıbovdan açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.
Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır.
A24.Az xəbər verir ki, baş nazirin müavini Hacıbala Abutalıbov modern.az-a faktı təsdiqləyib:
“Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.
Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Ölkə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar