Bakıda bu yol iflic oldu: təmir nə vaxt bitir? – Açıqlama

Bakıda bu yol iflic oldu: təmir nə vaxt bitir? – Açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna dairəsində aparılan işlərin təxminən 1 həftə müddətinə yekunlaşdırılması planlaşdırılır.

“A24.az” bildirir ki, bu barədə “Axar.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yolun Ukrayna dairəsində aparılan təmirlə bağlı o istiqamətdə hərəkətin tam bağlanması ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, yolun tez açılması və məhdudiyyətin aradan qaldırılması üçün işlər sürətlə davam edir:

“Hazırda təmir işi gedən hissədə işlər 2 gün müddətinə bitəcək. Daha sonra dairənin digər hissəsində işlərə start veriləcək. Ən pis halda işlər bir həftə ərzində yekunlaşmalıdır”.

Qeyd edək ki, Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilib.

Bununla əlaqədar dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar