Bakıda daha bir avtobus qəzası - Ölən var

Bakıda daha bir avtobus qəzası – Ölən var
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən A24.az-a bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, son günlər bir neçə avtobus ölümlə nəticələnən qəzalar törədib. Bakıda DYP-nin keçirdiyi reyd nətəcəsində isə 100-ə yaxın avtobus sürücüsünün reysə müayinədən keçmədən çıxdığı məlum olub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar