Bakıda dəhşət: bu çimərliyin ərazisinə kanalizasiya suyu axıdılır- Video

Bakıda dəhşət: bu çimərliyin ərazisinə kanalizasiya suyu axıdılır- Video
Want create site? Find Free WordPress Themes and plugins.

Suraxanı rayonunda kanalizasiya suyu birbaşa dənizə axıdılır. Yaxınlıqda isə “istifadəyə yararlıdır” qərarı verilmiş çimərlik fəaliyyət göstərir.

A24.Az  Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Çirkab suların dənizə axıdılması nəticəsində ətraf əraziləri də üfunət bürüyüb.

Kanalizasiya suyunun axıdıldığı yer çimərliyə yararlı ərazi kimi qeyd olunub.Yaxınlıqda yaşayanlar deyir ki, bir neçə il əvvəl burada kanalizasiya suları borular vasitəsilə birbaşa dənizin ortasına ötürülürdü. Ancaq sonradan kimsə bu boruları çıxardaraq satıb.

Ən pisi də odur ki, ərazi balıq tutanların da məskəninə çevrilib. Məsələyə münasibət bildirən Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyevin sözlərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Yaxın vaxtlarda problem həll olunacaq.

Xatırladaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində, yəni bu ərazidə monitorinq keçirmişdilər. Monitorinq zamanı yaşayış evlərindən dənizə çirkab su axıdılması faktı aşkar edilmişdi. Məhz buna görə əraziyə nəzarət edən vəzifəli şəxs cərimə olunmuşdu.

Ancaq görünən odur ki, üstündən bir il keçməsinə baxmayaraq hələ də nəticə çıxaran yoxdur.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar