Bakıda dispetçerin qulağı kəsildi - Qoğal satan kişinin cinayəti

Bakıda  dispetçerin qulağı kəsildi – Qoğal satan kişinin cinayəti
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Rüstəm Rüstəmov küçəsində “makler bazarı” kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını almaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar