Bakıda DTX və polis birlikdə əməliyyat keçirdi

Bakıda DTX və polis birlikdə əməliyyat keçirdi
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən a24.az-a verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar