Bakıda etiraz edən sakinlərin suyu kəsildi

Bakıda etiraz edən sakinlərin suyu kəsildi
Want create site? Find Free WordPress Themes and plugins.

Səməd Vurğun 138, 140 və Sabit Rəhman 11 ünvanında yerləşən binalara su təchizatı dayandırılıb.

A24.Az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən bina sakini Vüsalə Muradova bildirib ki, bu sakinlərin kommunal xidmət xərclərinin qaldırılması ilə bağlı keçirilən aksiyadan sonra baş verib.

O qeyd edib ki, əvvəl mənzilin hər kvadrat metrinə görə 80 qəpik kommunal xidmət ödəyirdilər:

“İndi isə “Xəzər Servis” MMC qiymətləri 1 manat 50 qəpiyə qaldırıb. Binanı tikən şirkət “Mars” MTK-dan bildiriblər ki, qiymətlər bundan sonra belə olacaq. Kim istəmirsə, köçə bilər. Neçə gündür ki, binanın lifti işləmir, bizə verilən isti su kəsilib.  İndi də hədələyirlər ki, işığı kəsəcəyik. Biz aidiyyəti üzrə bir neçə quruma müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən binanın sakinləri aksiya keçirərək yay olmasına baxmayaraq, hələ də istilik pulunun yığılmasına etiraz etmişdilər.  Sakinlər iddia edir ki, şirkət əməkdaşları onlara kabel televiziyasının ödənişində də artıq məbləğ tələb edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar