Bakıda FETO üsyanı: Təhlükə necə sovuşdu?

Bakıda FETO üsyanı: Təhlükə necə sovuşdu?
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın təhlükəsizlik orqanlarına yaxın olan bəzi mənbələr bir neçə il qabaq Bakının Şəhidlər məscidində camaat namazının qadağan edilməsini Fətullah Gülən təhlükəsi ilə bağlayırlar.

A24.Az-ın məlumatına görə, adının açıqlanmasını istəməyən mənbə həmin vaxt gülənçilərin əksəriyyətinin Şəhidlər məscidinə toplandığını xatırladır: “Bu, çox təhlükəli idi. Parlamentin, Müdafiə Nazirliyinin, AzTV-nin, MTN-nin və Prezident Administrasiyasının düz yanında yerləşən məscidə normal dindarlarla yanaşı cümə günləri yüzlərlə FETO-çu yığışırdı. Qiyam fikrinə düşsəydilər, birinci həmin qurumları ələ keçirməyə cəhd edəcəkdilər. Buna görə də sünni icmasının camaat namazının başqa məscidlərə keçirilməsi doğru addım idi”.

Mənbənin sözləri müəyyən qədər məntiqlidir, çünki Azərbaycanın ilk müstəqillik illərində ölkəyə yerləşmiş Fətullah Gülən icması çoxşaxəli şəbəkə qurmuşdu. Təsadüfi deyil ki, Türkiyə xüsusi xidmət orqanları FETO-çuların ən güclü olduğu ikinci ölkənin Azərbaycan olduğunu iddia edirlər. Səbəb aydındır – Fətullah Gülənə bağlı şəbəkə Azərbaycanda universitet, onlarla orta təhsil məktəbi, bütün ölkədə fəaliyyət göstərən hazırlıq kursları, hələ də fəaliyyətini davam etdirən telekanal və radio yaradıb. Bu baxımdan Azərbaycanda FETO təhlükəsi hələ də qalmaqdadır. Və bu faktdır.

Ərəstun Oruclu -
Ərəstun Oruclu – sabiq təhlükəsizlik zabiti

Amma buna baxmayaraq, sabiq təhlükəsizlik zabiti A24.Az-a müsahibəsində Fətullah Gülən icmasını Azərbaycan üçün elə də ciddi təhlükə saymır. Onun fikrincə,  rəsmi dairələrdəki bəzi oliqarxlar FETO təhlükəsini bəhanə edərək öz siyasi və biznes rəqiblərini sıradan çıxarırlar: “Özünüz görürsüz ki, indiyə kimi bir nəfər də FETO-ya həqiqi bağlı adam və ya qurum cəzalandırılmayıb. Ya FETO-çu adı altında ömründə namaz qılmamış adam tutulub, ya da efirində Fətullah Gülənin nifrət edib “rafizi” adlandırdığı şiə icmasının azanı səslənən telekanal bağlanıb. Bunun özü göstəriri ki, Azərbaycanda Fətullah Gülən icması təhlükə yaradacaq səviyyədə güclü deyil”.

Amma istənilən halda, bu günkü rakursdan baxarkən, Bakının Şəhidlər məscidində camaat namazının keçirilməməsini doğru addım saymaq olar. Allah eləməsin, məsciddə İŞİD-in bazasını təşkil edən panaərəbist xəvariclər qiyam fikrinə düşsəydilər, nə edərdik?

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar