Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar - VİDEO

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda müştərisinin evinə dərman alıb aparan taksi sürücüsü ev yiyəsinin qohumları tərəfindən döyülərək bıçaqlanıb.

A24.Az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsində baş verib.Taksi sürücüsü olan İlqar İsmayılovun dediklərinə görə, daimi müştərisi olan Aytən adlı qadın gecə ona zəng edərək təcili dərman alıb evə gətirməsini xahiş edib. Lakin qapını açmamış qəflətən arxadan onu vurublar.

Taksi sürücüsünün iddiasına görə, onu vuranlar qadının uzaq qohumları olub. Ümumilikdə ona 7 bıçaq zərbəsi və başına küt alətlə vurublar . Güc bəla ilə canını qurtararaq özünü ikinci mərtəbədən aşağı atan sürücü o vəziyyətdə xəstəxanaya gedib.

İlqar deyir ki, bir neçə ildir taksi fəaliyyəti ilə məşğuldur və həmin ailə ilə ümumi tanışlığı da var. Hətta onların toylarında da işirak edib. Sadəcə kimsə onu və qadını şərləmək məqsədi ilə boynuna nəyisə qoymaq istəyir. Onu döydürən isə orda olan tanımadığı Tacirə adlı qadın olub.

Hadisənin baş verdiyi ünvana baş çəkdik. Qonşuların sözlərinə görə, həmin qadın bu mənzildən başqa yerə köçüb.

Qaradağ rayon polis idarəsinin10 cu polis bölməsində faktla bağlı araşıdrmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar