A24 Xeber

Bakıda gözəllik salonunda soyğunçuluq

Bakıda gözəllik salonunda soyğunçuluq
345
08 Noyabr 2018 - 17:14

Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən A24.az-a verilən məlumata görə, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini təsdiqləyib.

Saxlanılan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.

DİN-dən bildirilib ki, G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxsləri şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.

Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.

G.Novruzovanın digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsi, eləcə də 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00