Bakıda həbsxana yandı, məhkumlar təxliyyə edildi 

Bakıda həbsxana yandı, məhkumlar təxliyyə edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda həbsxanada yanğın baş verib. A24.Az “Report”a istinadən xəbər verir ki, yanğın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Xətai rayonu ərazisində, Natiq Əliyev küçəsində yerləşən Tərbiyə müəssisəsində (yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisə) baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.  Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar