Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

Bakıda idmançı “Galendewagen”lə ağır qəza törətdi: ölən var
Want create site? Find Free WordPress Themes and plugins.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
A24.Az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.
Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar