Bakıda iki marşrut avtobusu qəza törətdi – Ölü və yaralılar var

Bakıda marşrut avtobusu ölümlə nəticələnən ağır yol qəzasına səbəb olub. A24.Az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi “Daevoo” markalı 20 saylı  xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub.

Qəza nəticəsində M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Marşrut avtobusunun törətdiyi daha bir qəza Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini Məhərrəm Paşayev idarə etdiyi “Daevoo” markalı 132 saylı xətt avtobusu ilə yolu keçən həmyerlisi Eldar Fərəcovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR