Bakıda ilk açıq hava “DISCO PARTY”si keçirildi - FOTO

Bakıda ilk açıq hava “DISCO PARTY”si keçirildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

 

“Avto Radio 107.7 fm” paytaxtda açıq səma altında ilk diskotekasını təşkil edib. 7 yanvar tarixində baş tutan tədbir Fəvvarələr meydanındakı “Soyuq Əllər, İstiÜrək” xeyriyyə yarmarkasının ərazisindəki səhnədə təşkil olunub. A24.Az xəbər verir ki, “DISCO PARTY” adlanan tədbirin əsas məqsədi aksiyaya diqqəti cəlb etmək, eləcə də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə və mənəvi zövq yaşatmaqdır. Diskotekada əsasən 80-90-cı illərin məşhur mahnıları DJ Çina və o dövr üçün əsas müsiqi alətlərindən sayılan zərbli barabanın (udarnik) müşayəti ilə izləyicilərə təqdim olundu. DISCO PARTY zamanı təşkil edilən “Flash Mob” izləyicilərin böyük marağına səbəb oldu.

DJ Çinanın xüsusi və möhtəşəm çışıxı Fəvvarlər meydanına yığışan dinləyiciləri coşdurdu. Avto Radio və “Amapola” şirkətinin dəvətliləri olan Samirə Əfəndiyeva, Elnarə və ABD Malik də bu aksiyada öz mahnıları ilə böyük alqış aldılar. “DISCO PARTY” zamanı təşkil edilən “Flash Mob” izləyicilərin böyük marağına səbəb oldu.

“Avto Radio 107.7 fm” Nərgiz Fondunun rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilati dəstəyilə artıq dördüncü dəfə keçirilən “SoyuqƏllər, İstiÜrək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından olduğu üçün “DISCO PARTY”nin də həmin yarkamarda keçirilməsi məqbul sayıldı. “Avto Radio 107.7 fm”in təşkil etdiyi diskoteka, cəmiyyəti bu və bunun kimi xeyriyyə aksiyalarına cəlb etmək, onları biganə qalmamağa dəvət etməyə xidmət edir.

Qeyd edək ki, bu “AvtoRadio”nun 2017-ci il üçün ilk böyük tədbiridir. Təxminən 2 saat davam edən diskotekanı 2 mindən çox insan izləyib.

“Avto Radio 107.7 fm” Bakı Nəqliyyat Agentliyinin nəznində fəaliyyətini davam etdirir. 2016-ci ilin sentyabr ayından tamamilə yenilən “Avto Radio” 80-90-cı illərin ən məşhur mahnılarını öz dinləyicilərinə təqdim edir. Bundan əlavə “AvtoRadio”nun əsas yayım istiqaməti Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdən ibarət olacaq.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Şou-biznes
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs