Bakıda kişi arvadını döydü, sonra Dövlət Komitəsinə şikayət etdi ki,  Arvadımı verin

Bakıda kişi arvadını döydü, sonra Dövlət Komitəsinə şikayət etdi ki,  Arvadımı verin
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda qəribə hadisə qeydə alınıb.  Qeyri-rəsmi nikahla bir yerdə yaşadığı qadını döyən kişi daha sonra  onun sığınacağa yerləşdirildiyini öyrənib və evə qayıtması üçün çıxış yolunu dövlət qurumuna müraciət etməkdə görüb. 

A24.az Cebhe.info-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Sürəyya Quliyeva (ad və soyad şərtidir-red.) hazırda  “Təmiz dünya” İctimai Biriyinin sığınacağında qalır. Artıq 5 ildir ki, qeyri-rəsmi nikahda yaşayır. 2013-cü ildə bu nikahdan bir qız övladları dünyaya gəlib, ata qızına atalıq verib, sənədləşdirmə qaydasında apaırlıb.

Cebhe.info-ya şikayətini ünvanlayan qadın deyir ki, illərdir bir yerdə yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalır. Lakin problem bununla bitmir. Öncə zorakılıq qurbanı olan qadın və onun ailə-məişət problemi haqda məlumat verək: 

“Bir-birimizi sevmişik, hər halda mən belə hesab edirdim. Ailəmizin razılığı olmadığı üçün o, məni qaçırdı, evlərinə apardı. Ancaq ailəsi də, özü də rəsmi nikah istəmədi. Ailəsi dedi ki, oğullarının xasiyyətinə bələddirlər, ona görə rəsmən evlənməsini istəmirlər. 2012-ci ildən bir yerdə yaşayırıq. Rəsmi nikahımız olmasa da, 4 yaşlı qızımız üzərində atalıq hüququ var, ona soyadını verib. Şiddətə meyilli, kobud insan olduğu üçün hərbidəki işindən azad edilib. Evdə hər bir şey nəzarəti altındadır. Ondan icazəsiz hansısa əşyanı götürüb harasa qoymaq olmaz. Olub ki, işə getməzdən öncə deyib ki, mən gələnədək soyuducudan nəsə götürüb yemə. Mən gəlim, özüm sənə ordan nəsə verəcəyəm, o zaman yeyərsən. Əks halda məni döyər, söyər, zorakılıq tətbiq edərdi”.

S.Quliyeva bildirir ki, adıçəkilən şəxs bir dəfə də rəsmən ailəli olub. O qadın da şiddətə, zorakılığa məruz qaldığı üçün ondan ayrılıb: 

“Məni də birinci arvadı kimi möhkəm döyürdü. Bir dəfə də sığınacağa müraciət etdim. O vaxt dayısının xahişi ilə geri addım atmışam. Artıq mümkün deyil. Sonuncu dəfə məni döyəndə qaynanam özü dedi ki, qaç, yoxsa sənin meyitini evdən çıxaracaq. Mən də onların qohumlarıgilə getdim. Daha sonra ora gəldi. İki qohum arasında dava düşdü. Polis məni sığınacağa gətirdi”.

Ən böyük problem isə qadının hazırda sakit yaşaya bilməməsidir. Belə ki, qarşı tərəf Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edərək qadının evinə qaytarılmasını tələb edir: 

“Dünən bildim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Deyir ki, sığınacaq arvadımı geri qaytarsın, mənə təhvil versin. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də dedim. O evə bir daha qayıtsam, mənim ordan meyitim çıxacaq. Necə yəni, öz arvadıyam, özü bilər? Belə şey olar? Öz arvadıyam deyə  məni vurub öldürsə, uşaq necə olacaq? Ondan heç nə istəmirəm. Uşağımı da işləyib özüm saxlayacağam, heç aliment də verməsin, amma mən daha döyülüb-söyülmək istəmirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar