Bakıda mağaza və obyektlər niyə bağlanır?

Bakıda mağaza və obyektlər niyə bağlanır?
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının bir çox yerində bir sıra ticarət və ictimai iaşə obyektləri manatın devalvasiyasından sonra fəaliyyətini dayandırıb. Onların yerləşdiyi məkanların üzərində “icarəyə verilir” elanları vurulub. Bu obyektlər arasında həm brend məhsullar satan mağazlar, həm də çay evləri, apteklər də var.

İqtisadçılar bu halı ölkədəki iqtisadi aktivliyin azalması ilə dəyərləndirirlər. Alqı-satqı obyektləri isə onlara alıcıdan daha çox satıcıların müraciət etdiyini deyir.

“A24.az” BBCazərbaycanca-ya istinadən xəbər verir ki, Neftçilər prospekti, Zərifə Əliyeva, Nizami, Fizuli, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Zivərbəy Əhmədbəyov və digər küçələrdə müşahidələrimizə görə, bəzi mağazalar obyekt daxilindəki mebelinin belə satılmasını elan verib. Elə mağazalar var ki, digər ünvana köçüb. Əllərində olan məhsullara böyük endirim edən mağazalar da az deyil.

151110122554_baku_shops_624x351_bbc_nocredit

Bakıda fəaliyyət göstərən əmlak alqı, satqı və icarəsi ilə məşğul olan şirkətin sözçüsü deyir ki, onlara əksərən satış məqsədi ilə müraciətlər edirlər. Onun sözlərinə görə, alıcılıq qabiliyyəti tamamilə zəifləyib.

“Bizə müraciət edən 99 faiz satıcılar, 1 faiz isə alıcılardır”, bildirən sözçü, “hamı pul istəyir” deyə əlavə edir.

İqtisadçı Natiq Cəfəli hesab edir ki, bu mağazaların bağlanmasının iki səbəbi var. Birinci səbəb manatın devalvasiyasından sonra ölkədə yaranmış vəziyyətdir. O deyir ki, Azərbaycandakı brend mağazaları ölkənin imic layihələrinin tərkib hissəsi olub və gəlirə hesablanmış layihələr olmayıb. Mağazaların əksəriyyətinin mərkəzi küçələrdə yerləşməsi də bunun “sübutudur”.

İqtisadçı deyir ki, o mağazaların əksəriyyəti yüksək çinli məmurlara və ya onların ailə üzvlərinə aid olub. Son dövrlərdə iqtisadi çətinliklər artdıqca, satışların həcminin və ticarət dövriyyəsinin azalması isə həmin layihələri qeyri-rentabel hala gəitirib.

“Mağazaların saxlanılması üçün artıq sahiblər və ya menecerlər öz ciblərindən pul xərcləməli idilər. Buna imkan olmadığından, layihələrin bağlanıllmasına üstünlük verilir”, – o deyir.

Cənab Cəfərli bildirir ki, ikinci səbəb icarə qiymətlərinin çox baha olmasıdır.

“Şəhərin mərkəzində 20-30 kvadratlıq dükanların aylıq icarə qiyməti 10-12 min manatdır. Bu çox böyük rəqəmdir. Nyu York və Manhettendə belə bu tipli qiymətlər olmayıb”, deyə iqtisadçı qeyd edir.

151110120924_baku_shops_624x351_bbc_nocredit

151110122014_baku_shops_624x351_bbc_nocredit

Onun sözlərinə görə, daşınmaz əmlak şirkətlərinin də əsas sahibləri yenə də məmurlardır.

“Onlar biznes təfəkkürü ilə düşünmür, ona görə də icarə haqlarının aşağı salmasına getmirlər”-, deyəNatiq Cəfərli bildirir.

İqtisadçı Fikrət Yusifov son zamanlarda bir çox obyektlərin bağlanılmasını qəbul edir. O deyir ki, bu hal müəyyən qədər iqtisadi aktivliyin azalması ilə bağlıdır və bu hal təkcə Azərbaycanda baş vermir.

İqtisadçının sözlərinə görə, iqtisadi böhran əksər ölkələri əhatə etsə də, Azərbaycan bu prosesi daha “az ağrılı keçirir”: “Mənim Rusiya ilə müəyyən əlaqələrim var. Orda vəziyyət daha acınacaqlıdır”.

151110120701_baku_shops_624x351_bbc_nocredit

Ölkədə icarə haqlarının baha olması ilə bağlı iqtisadçı bildirir ki, bu məsələ insanların lazım olan qədər mənfəət qazana bilməməsinə səbəb ola bilər. O, icarə haqlarına yenidən baxmaq və günün tələbinə uyğunlaşdırmaq lazım olduğunu da əlavə edir.

Bununla yanaşı cənab Yusifov bildirir ki, son aylarda icarə qiymətlərin kəskin aşağı düşdüyünün şahididir.

20 ildən artıq Gəncədə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Mirmehdi Tağıyev deyir ki, obyektlərin bağlanması təkcə Bakıda deyil, həm də Gəncədə müşahidə olunur. Onun sözlərinə görə, hazırda şəhərdə alıcılıq qabiliyyəti kəskin düşüb. Ev və ya avtomobil alanlar olsa da, obyekt alanlar demək olar ki yoxdur.

“İnsanlar burdan gedib, Batumidə, Qərbi Ukraynada, Türkiyədə biznes açırlar. Bizim ölkəyə sərmayə yatırmaq istəyən də yoxdur”, o bildirir.

151110122330_baku_shops_624x351_bbc_nocredit

Natiq Cəfərli isə deyir ki, 2016-cı il Azərbaycan müstəqillik tarixində iş yerlərinin bağlanması və iqtisadi aktivliyin azalması ilə ən ağır illərdən olacaq. Onun hesablamalarına görə, gələn il azı 160 min insan işsiz qala bilər.

“Azərbaycanda gələn il büdcə xərcləmələri 4 milyard manat azalacaq. Büdcəni 1 milyard manat azaltmaq, təxminən 40 minə yaxın insanın işsiz qalması deməkdir”, o deyir.

İqtisadçının sözlərinə görə, bu azalma təkcə büdcədən maliyyələşən orqanların yox, həm də digər sahələrdə iş yerlərinin azalmasına gətirib çıxaracaq.

Prezident İlham Əliyev bazar ertəsi Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edərək bildirib: “Bu gün dünyada yaşanan iqtisadi böhran, hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq”.

Azərbaycan manatı bu ilin əvvəlindən devalvasiyaya uğrayıb. Fevralın 21-də devalvasiyası nəticəsində Azərbaycanda dolların dəyəri 1.05 manata, avronun dəyəri isə 1.19 manata qədər qalxıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar