Bakıda məhkəmənin qərarından sonra tutulan şəxsin ürəyi gedib

Bakıda məhkəmənin qərarından sonra tutulan şəxsin ürəyi gedib
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova bəraət verilib.

Məhkəmənin bəraət qərarını eşidən E.İbrahimov özündən gedib. Daha sonra onu ayıldıblar. E.İbrahimov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb, xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

Amma E.İbrahimov bununla razılaşmır, heç kimi öldürmədiyini deyirdi.

Qeyd edək ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar