Bakıda müştərilər restorandan təxliyyə edildi - FOTO

Bakıda müştərilər restorandan təxliyyə edildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda restoranda yanğın olub, müştərilər təxliyə edilib.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində, Azərbaycan prospekti 35 ünvanında yerləşən “Shaurma N1” restoranında baş verib. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartof bişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.

Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar