Bakıda oğul atasını 20 bıçaq zərbəsi ilə öldürdü

Bakıda qətl hadisəsi baş verib.

“A24.az” Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası – 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə – 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR