Bakıda öz başını kəsən biznesmen haqda – AÇIQLAMA

Bakıda öz başını kəsən biznesmen haqda – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Boğazını kəsərək intihar edən Həsənqulu Hümmətovun meyitini atası Aydın hamamda aşkar edib.

Bu barədə Axar.az-a Sabunçu rayon Prokurorluğunun müstəntiqi Turan Abbasov deyib.

İntihar faktını araşdıran müstəntiqin sözlərinə görə, H.Hümmətov hamama girib və çıxmayıb. Ailəsinin ilkin məlumatına görə, mərhumun psixoloji problemləri olub.

Müstəntiq intiharın konkret hansı səbəbdən baş verdiyinin araşdırıldığını qeyd edib. Mərhum ailəli olub və Rusiyada bizneslə məşğul olurmuş. O, bir müddət əvvəl Azərbaycana qayıdıbmış.

Hadisə mərhumun yaşadığı Zabrat qəsəbəsi Oktyabr küçəsindəki evində qeydə alınıb.

Qeyd edək ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci ildə Zəngilan rayonunda anadan olmuş H.Hümmətov boğazını kəsərək intihar edib. Çoxlu qan itirən H.Hümmətov hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar