Bakıda piyadanı öldürən idmançı sürücünün - Bir villalıq maşını və nömrəsi - FOTO

Bakıda piyadanı öldürən idmançı sürücünün – Bir villalıq maşını və nömrəsi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

A24.az xəbər verir ki, hadisə dünən, iyulun 20-də Bakının Buzovna qəsəbəsində baş verib.

Belə ki, dünən saat 19:35 radələrində Buzovna yolunda “10 LJ 010” dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobil yoldan keçən piyadanı vurub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur. Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə də diqqəti çəkən digər bir məqam isə qəzanı törədən şəxsin bahalı maşını və onun seriya nömrəsidir.

Avtomobilin qiyməti təxminən 155 min dollar, nömrə isə 20 min manat olar.

Elvin Paşazadə, A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar