Bakıda polisə qanun öyrədən sərxoş qadın - VİDEO

Bakıda polisə qanun öyrədən sərxoş qadın – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş qadın sürücü saxlanılıb.

Babək prospekti ilə hərəkətdə olan “Hundai” markalı avtomobilə saxla əmri verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdur.

Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü avtomobilindən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların içinə maneçilik törədən sərnişin polis bölməsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

“A24.az” hadisə zamanı lentə alınan videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=ULRrC8DD9Lk

https://www.youtube.com/watch?v=u3IeWYGRDmc

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar