Bakıda polislə taksi sürücüləri arasında qarşıdurma - Sürücülər bölməyə aparıldı - FOTO

Bakıda polislə taksi sürücüləri arasında qarşıdurma – Sürücülər bölməyə aparıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Metronun Koroğlu stansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.

A24.az xəbər verir ki, bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.

Taksi sürücüləri bildirib ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər.

Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.

Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəlib.

Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar