Bakıda qardaş bacısına 13 bıçaq zərbəsi vurdu

Bakıda qardaş bacısına 13 bıçaq zərbəsi vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda qardaş bacısını bıçaqlayıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şəridli küçəsində baş verib.

1990-cı il təvəllüdlü Alıyeva Tahirə Barat qızı yaşadıqları evdə qardaşı ilə mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Qardaş bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə 27 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar