Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq edən şəxs saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Xətai rayonunda yerləşən mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

A24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu ilin noyabrın 9-da naməlum şəxs qeyd edilən mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürərək hadisə yerindən qaçıb.

Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi, dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və obyektə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat–axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Bədəlov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar