Bakıda şirniyyat sexində güclü yanğın - VİDEO

Bakıda şirniyyat sexində güclü yanğın – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nizami rayonu ərazisində güclü yanğın baş verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə bişinti sexində qeydə alınıb.

Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini də əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.

Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı 6 yaşayış binasına elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar