Bakıda “Tanpınar Günü” keçirildi

A24.az xəbər verir ki, bu gün paytaxtımızda Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçirilib. “Tanpınar Günü” “Akademkitab” evində baş tutub. “Yunus Emre İnstitutu” tərəfindən təşkil olunan yığıncaqda Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, BDU-nun professoru tanınmış jurnalist Qulu Məhərrəmli və digər şəxslər yazarın yaradıcılığından maraqlı anları bölüşüblər. Qeyd olunub ki, Tanpınar bütün yaradıcı keyfiyyətləri ilə yanaşı həm də ortaq türk dilinin inkişafına dəstək verib. Tədbirdə verilən informasiyaya görə yazıçının “Hüzur”, “Beş şəhər”, “Yay yağışı” digər kitabları dilimizə tərcümə olunsa da, bu iş davam edəcək, onun digər əsərləri də Azərbaycan oxucusuna öz dilimizdə təqdim olunacaq.
“Yunus Emre İnstitutu”nun elan etdiyi “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinə də start verildiyi bildirilib.
Sonda tədbirə qatılanlara yazıçının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri hədiyyə olunub.
Sərdar Amin, A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR