A24 Xeber

Bakıda Tovuz sakinini avtomobil vuraraq öldürdü

Bakıda Tovuz sakinini avtomobil vuraraq öldürdü
331
08 Dekabr 2018 - 13:16

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.az-a verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00