Bakıda "Turan" adlı rəsm sərgisi təşkil olunub

Bakıda “Turan” adlı rəsm sərgisi təşkil olunub
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə “Turan” adlı rəsm sərgisi təşkil olunub.

A24.Az-ın məlumatına görə,  sərginin təşkilatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan təmsilçisi İlqar Əkbərov bildirib ki, sərgiyə Türkiyə, Azərbaycan və Qazaxıstan dan ümumilikdə 9 rəssam öz əsərləri ilə qatılıb. Onlardan 4-ü Türkiyə, 3 nəfəri Azərbaycan, qalan ikisi isə Qazaxıstan təmsilçisidir: “Sərginin mövzusu türkdilli xalqların etnoqrafiyası, folkloru, ortaq mədəniyyətini əhatə edir. Hər rəssam sərgiyə 5 əsərlə qatılıb. Azərbaycanı rəssam olaraq mən, rəssam Nailə Soltan, Naxçıvandan Milli Məclisin üzvü, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva təmsil edir. Sərgidə boyakarlıq, qrafika janrı, dulusçuluq nümunələri, keramika, keramika üzərində işlənmiş miniatürlər sərgilənir”.

O bildirib ki, sərgidə təmsil olunduqları dərnəyin yaranmasında və inkişafında əməkləri olan rəssamlar iştirak edirlər.

Türkiyənin Mərsin şəhərindən sərgiyə qatılan Nevin Aytəkin bildirib ki, Azərbaycanda sənətə çox böyük önəm verilir: “Burda insanlar sənətlə məşğul olmağa uşaqlıqdan başlayırlar ki, bu da onlarda sənətin sağlam təməl üzərində qurulmasına imkan verir. Bu məsələ mənim diqqətimi çox çəkdi. Kaş ki, mənim vətənimdə də belə olsaydı. Təəssüflər ki, bizdə uşaqlar daha çox lisə təhsilindən sonra sənətə yönləndirilir”.

Türkiyədən olan rəssam Kader Damla türk mədəniyyətini, etnoqrafiyasını özündə əks etdirən bu cür sərginin təşkilinin Azərbaycan və Türkiyə üçün çox böyük önəm daşıdığını deyib.

Qeyd edək ki, sərgi iyulun 13-dək davam edəcək. (Report)

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar