Bakıda universitet müəllimi faciəvi şəkildə həyatını itirdi – FOTO

 

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub.

A24.Az xəbər verir ki, universitetin ”İnformatika” kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ”Nissan” markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi “İveco” markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.

S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ”Xəzri” istirahət Mərkəzinin baş mühasibidir. (Criminal.az)

muellim1

muellim2

muellim3

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR