Bakıda yol çöküb - FOTO

Bakıda yol çöküb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Binəqədi rayonunda yol çöküb. 

“A24.az” APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində baş verib. Yol kənarında dayanmış “Nissan” markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

“Bakı Sukanal” idarəsinin rəis müavini Əlizadə Nəsirov isə APA-ya deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.

6b208580ad36010c20736815b321cf7b

832d08295d1835418f0ae007105cc38f

c4b4dbc22b18fec2eaf114db39b3235a

ddbe3dde9d43ca74b43a67f9bcfc8201

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar